Müğənni Rəqsanə İsmayılovadan xəbər var. O, yaxın zamanlarda klip çəkdirməyi düşünür. Bu haqda SİA-ya ifaçının özü məlumat verib: "Qardaş ölkədə böyük komanda ilə çalışıram. Buradan Türkiyəyə qayıdıb, Murad Küçüyün rejissorluğu ilə klip çəkilişinə başlayacam. Fotosessiyam da hazırdır. Albomum da yaxın vaxtlarda ərsəyə gələcək. Alboma daxil olan mahnıların hamısı öz bəstəmdir. Ölkəmdə "Bivəfa" mahnısı ilə tanındım. Türkiyədə də bu mahnı ilə ictimaiyyətə təqdim olunacam. Amma türkiyəlilər sözləri aydın başa düşsün deyə, mahnı öz dillərinə tərcümə edilib. Aranjeman dəyişib. Bundan başqa məhşur xalq mahnısı "Sarı gəlin"i səsləndirmişəm. Tezliklə bunu da eşidəcəksiniz. Daha bir yeniliyim isə sentyabr ayında nəzərdə tutulan konsert proqramının ssenarisi rəngarəng olacaq".
Sənətçi qızı Aysunun işindən də söz açıb: "Uzun müddətdir Moskvada modelyer peşəsi üzrə təkminləşən Aysun sərgi üçün 40 paltar hazır edib. Ümumilikdə 101 sayda olacaq geyimləri peşəkarlardan ibarət modellər geyinəcəklər. Türkiyədən, Moskvadan, Ukraynadan tanınmış qonaqlarımız olacaq. Tədbir dəbdəbəli otellərin birində təşkil olunacaq. Bu işdə mənə peşəkar təşkilatçı, prodüser Tolik yardımçı olacaq".
Qeyd edək ki, Rəqsanə Azərbaycanda olmadığı müddətdə barəsində həbslə bağlı gəzən söz-söhbətlərin də yalan olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB