Türkiyəli aktyorla Röyanı nə bağlayır? MÜSAHİBƏ

Türkiyəli aktyorla Röyanı nə bağlayır? MÜSAHİBƏ

Türkiyəli aktyor Ufuk Özkanın müsahibəsini SİA oxucularına təqdim edirik:

- Azərbaycan haqqında təəssüratlarınız? Ölkəmizi bəyəndinizmi?

- Əlbəttə ölkəniz çox gözəldir. Burada olmaqdan çox məmnunam. Bir dildə danışırıq. Özümü ölkəmdəki kimi hiss edirəm.

- Azərbaycanda qəriblik hissi keçirdiniz?

- Qonaq olduğumuzu hiss etmədik. Bir- birimizi çox gözəl başa düşürük. "Bir millət, iki dövətik". Burada olmaqdan qürur hissi duyuram.

- Azərbaycana ilk səfərinizdir?

- Bəli, ilk dəfədir ki, Bakıda oluram. Ancaq sentyabr ayında işlərimlə bağlı yenidən təşrif buyuracam. Sonra yenidən Türkiyəyə qayıdacam.

- Yaradıcılıq baxımından nə kimi yenilikləriniz var?

- Gərgin iş rejimində çalışıram. Demək olar ki, həftənin 7 günü işləyirəm. Buna görə də hərəkətli həyat tərzim var.

- Azərbaycanlı aktyorlardan kimləri tanıyırsınız?

- Bir o qədər də tanışlığım yoxdur. Yalnız əməkdar artist Sənubər xanımı tanıyıram.

- Bizim seriallara baxırsınızmı?

- Xeyir, baxmıram. Öz çəkildiyim serialları da izləyə bilmirəm. Çünki buna zamanım yoxdur.

- Azəri sənətçilərindən kimləri tanıyırsınız?

- Röyanı tanıyıram. Ancaq mahnlarından heç birinin adını çəkə bilməyəcəm. Təəssüflər olsun ki, başqa ifaçılarınızı tanımıram.

- Türkiyədə yaşayan Azəri qızı Günellə əlaqələriniz varmı?

- Əlbəttə o, artıq illərdir Türkiyədə fəaliyyət göstərir. Demək olar ki, Türkiyədə böyüyüb və biz onu çox bəyənirik.

- Türkiyədə hansı aktyorları bəyənirsiniz və istətərdiniz ki, sizinlə eyni səhnəni kimlər bölüşsünlər?

- Bütün bəyəndiyim aktyorlarla artıq işləmişəm və hələ də onlarla birgə fəaliyyət göstərirəm. Ancaq adlarını deməyəcəyəm. Çünki birinin adını qeyd edib, digərini unutmaq haqsızlıq olar.

- Şəxsi həyatınızda necə xarakterə malik birisiniz?

- Bir o qədər də zarafatçıl deyiləm. Sakit biri olsam da həyatdan zövq almağı bacarıram.

- Ufuk bəy ailəlisiniz?

- Bəli, artıq 8 ildir ki, ailə həyatı qurmuşam. Allaha şükürlər olsun ki, hər şey qaydasındadır.

- Övladınız varmı?

- 5 yaşında oğlum var. Adı Erendir.

Bütün xəbərlər Facebook səhifəmizdə