Rep ifaçısı "Qurd" ləqəbi ilə tanınan Fərid Eminovun yeni klipi ərsəyə gəlib. Sözügedən klip "Rəqs edir hər kəs" adlı mahnıya çəkilib. Bu barədə SİA-ya Qurdun özü danışıb: ""Rəqs edir hər kəs" adlı mahnının sözləri mənə, musiqisi isə Nadir Nəğd Pula məxsusdur. Klipi rejissorlar Ceyhun İbrahimoglu və Vüqar İslamzadə ekranlaşdırıb. Pavilyonda çəkilən klipdə xüsusi vizual effektlərdən istifadə olunub. Deyilənlərə görə, klipdə məhşur Mason rəmzlərinə oxşar işarələr var və həmin işarələr əynimdəki köynəyin üzərində də həkk olunub. Ancaq belə şayə yayanlara demək istəyirəm ki, o, işarənin Masonluqla heç bir əlaqəsi və aidiyyatı yoxdur. Bu kilipimdən sonra şərhlər yazıblar ki, mən Masonam. Çox gülməlidir. Lakin istəmədən klipdə 11 Mason rəmzlərinə oxşar işarə düşüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB