Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibəti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhəri ərazisində yerləşən hərbi hissələrin əsgərləri arasında "Breyn-RİNQ" intelektual oyunu keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, əsgərlər, media nümayəndələri və başqaları iştirak edib.
Yarışı giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan ordusunun güclü olduğundan danışıb və əlavə edib ki: "Bu günün əsgərləri gələcəyin nümunəvi vətəndaşıdır. Təəssüflər olsun ki, torpaqlarımızın 20% düşmən tapdağı altındadır. İnşallah Xocalıda, Şuşada və digər tapdaq altında qalmış torpaqlarımıza üçrəngli bayrağımızı sancacağıq. Azərbaycan ordusu möhkəmdir və onun qəhrəman igirdləri var. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan!".
Nəzərinizə çatdıraq ki, "Breyn-RİNQ" intelektual oyununda yeddi hərbi hissənin komandası iştirak edblər. Komandaların tərkibi 6 əsas və 2 ehtiyat oyunçulardan ibarət olub. Komandalara verilən suallar Azərbaycanın hərb tarixinə və Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid olub.
Qeyd edək ki, tədbirin sonunda qaliblər fəxri fərmanlarla və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB