ANS-in İrəmi ailə qurur

ANS telekanalının "Uşaqdan böyüyə" verilişinin aparıcısı İrəm Nəbiyevanın ailə qurması haqqında xəbər yayılıb. Bu haqda SİA-ya açıqlama verən İrəm toyu haqqında ətraflı məlumat verib: "Toy mərasimi dəniz kənarında yerləşən otellərin birində baş tutacaq. El şənliyi iyul ayının 17-də baş tutacaq. Ailə qurduğum şəxs türk vətəndaşıdır. Onu da deyim ki, evləndikdən sonra fəaliyyətimi davam etdirəcəm".

Qeyd edək ki, toyda spirtli içki olmayacaq. Tarix Məhərrəmlik ayına təsadüf etdiyindən məhşur xanımın şad gününün qonaqlarına iftar vaxtında şam yeməyi təqdim olunacaq. El şənliyi Məhərrəmlik ayına zidd olmayan qaydalara uyğun keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə