"Los Anceles Times"qəzetinin yazdığına görə, Hollivudun Şöhrət xiyabanında müğənni, aktrisa və modelyer Cennifer Lopesin adlı ulduzu açılıb. O, xiyabanda 2500-cü ulduz olub.
Aktrisa təntənəli mərasimdə Kasper Smart, Reper Pittbul və aktrisa Ceyn Fonda ilə birlikdə iştirak edib.
Maraqlıdır ki, Cennifer Lopes Hollivudun Şöhrət xiyabanında ulduzunun açılışını görməyə bilərdi. Bu ilin mayında Lopes müsahibə verdiyi zaman naməlum cinayətkar ona atəş açmışdı.
Polis əməkdaşları dərhal cinayətkarın axtarışına başlasalar da, onu tapa bilməmişdilər.
Populyarlığın zirvəsində olan 43 yaşlı C.Lopesin 15 illik karyerası ərzində bütün dünyada onun albomlarının 55 milyon surəti satılıb.
C. Lopes kinoda çəkilib mahnı yazdırmaqla bərabər, televiziya verilişi aparır, geyim modelləri və ətriyyat məhsulları yaradır, xeyriyyəçiliklə məşğul olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB