Tolik:"Əli Mirəliyev şou-biznesin qapısında itdir" QALMAQAL

Tolik:"Əli Mirəliyev şou-biznesin qapısında itdir" QALMAQAL

Bir neçə gün öncə Əli Mirəliyevin Aygün Kazımova haqqında dediyi sərt ismarıclar xalq artindən çox prodüsser Toliki (Tarix Əliyev) özündən çıxarıb. SİA-ya açıqlama verən Tolik Əli Mirəliyevi it belə hesab etməyib: "Aygün xanım mənə bu gün zəng edərək söylədi ki, Əli Mirəliyev onun haqqında inanılmaz açıqlamalar edib. Cangüdənlərlə gəzdiyini və əyri yollarla xalq artisti adına layiq görüldüyünü söyləyib. Xanım Kazımova məsələ ilə bağlı Əli Mirəliyeva zəng etmək istədi, lakin mən icazə vermədim. Çünki xalq artisti onunla əlaqə saxlasaydı, Əli üçün böyük şərəf və qapıda dayanan itə yem vermiş kimi olardı. Adıçəkilən şəxs şou-biznesin qapısında itdir. Bütün günü hürür. Keçən dəfə də Natəvan Həbibi haqqında danışmışdı. Ancaq sonra ondan üzr istədi. Hazırda Aygün Kazımovanın prodüsseri olmasam da bilirəm ki, o, heç vaxt cangüdənlə gəzməyib. Hansı ixtiyarla deyir ki, xalq artisləri adlarını əyri yolla qazanıblar? Kimlərinsə arxasınca danışmaqdansa, özünə normal mahnı yazdırsın. Təlxək kimi ortalığa düşüb klonluq edir. Həftədə bir dəfə hamıya söz atır. Efirlər də onu yalnız qalmaqal üçün verilişlərə dəvət edir. Mən də Bakılıyam. Odur ki, bakılıların adını batırmasın. Özünə hörmət etsin. Əli Mirəliyev kimi səviyyəsiz insanın it dəftərində belə adı yoxdur. Əli hamıya ağıl verəndirsə, əri ola-ola başqaları ilə filan işləri görə sənətçilərdən də söz açsın. O, bu məsələ haqqında danışa bilməsə də, mən lazım olanda açıqlama verəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə