Azərbaycanlı sənətçi Əli Mirəliyev xalq artisti Aygün Kazımovanı yenə "yıxıb- sürüdü". SİA-ya açıqlama verən sənətçi, Kazımovaya bunları dedi: "Aygün Kazımova kimdir ki, yanında cangüdən daşıyır? O, kimdən və nədən qorxur? İş adamı və ya millət vəkili deyil, adi müğənnidir. Özü də ifaçılığı sıfır dərəcədədir. Əyri yollarla xalq artisti adını alaraq efirdə istədiyi hərəkəti edir. Hələ belə sənətdən anlamayanları münsiflər heyətinə üzv seçirlər. Onlara baxanda, məni gülmək tutur. Nəzərinizə çatdırım ki, münsiflər heyətində professionallar, Üzeyir Hacıbəyovun müsiqisinə baş əyənlər əyləşməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB