Ailə qurduqdan sonra efirlərdə az-az görsənən Xatirə İslamdan xəbər var. İfaçı yeniliklər üzərində çalışır. Müğənni həmkarı Tunarla yeni duet ərsəyə gətirib. Bu haqda SİA-ya sənətçinin prodüsseri məlumat verib: "Xatirə xanım Tunarla birgə yeni duet ifa edəcək. Musiqisi Tunarın özünə məxsus olan "Bu sevgi" mahnısı artıq hazırdır. Bununla yanaşı, ifaçı musiqisi Nazim Məmmədova aid olan "Məktub" adlı mahnını oxuyub".
Qeyd edək ki, Xatirə İslam noyabr ayında Heydər Əliyev sarayında konsert verməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB