Muğam ifaçısı Bakını tərk edir

Muğam ifaçısı Elnarə Abdullayeva bu gün Bakını tərk edir. SİA-ya açıqlama verən xanəndə bildirib ki, səfəri Qazaxıstanadır: "Bir neçə gün bundan öncə Azərbaycanın bölgələrində konsert proqramı ilə çıxış etdim. İndi isə Qazaxıstana yola düşürəm. Həmin ölkəyə yaşamağa yox, yaradıcılıqla bağlı gedirəm. Təxminən bir neçə günə paytaxta qayıdacam. Yeni mahnılar yazdırmışam. Onların tam hazır olmasını gözləyirəm. İnşallah, yaxın müddətdə yeni işlərim barədə mətbuata açıqlama verəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə