5 yaşlı azərbaycanlı qız avropa səhnəsində FOTO

5 yaşlı azərbaycanlı qız avropa səhnəsində FOTO

Azərbaycan ilk dəfə Bolqariyanın Varna şəhərində uşaqlar arasında keçirilən Golden Sparkles European Music Festival-da təmsil olunacaq. SİA-nın verdiyi xəbər görə, müsabiqədə ölkəmizi 5 yaşlı Selcan Müseyibova təmsil edəcək. Sözləri və musiqisi Məryəm Əlibəyliyə məxsus "Oxuyaq nəğmələri" mahnısı ilə bizi təmsil edəcək Selcan 3 yaşından səhnədədir. O, eyni zamanda "Cücələrim" uşaq qrupunun solistidir.

Qeyd edək ki, 30-a yaxın ölkənin iştirak edəcəyi festivalda Azərbaycan deleqasiyasının rəhbəri və ölkəmizi münsiflər heyətində prodüsser Hüseyn Cavadzadə təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə