Azərbaycan Xalq Cümhuriyyətinin və Ordumuzun 95 illik yubileyi münasibəti ilə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Gövhər qrupunun dəvəti ilə ilk dəfə iyunun 21-də Mustafa Yıldızdoğan Azərbaycana gələcək. SİA-nın verdiyi xəbərə görə, sənətçi "Qarabağdan Anadoluya könül körpüsü" layihəsi çərçivəsində ilk öncə Qarabağ istiqamətində əsgər və hərbçilərlə görüşəcək. Sonra Tərtər rayonunda yerli sakinlərin, eyni zamanda qaçqın və məcburi köçkünlərin qarşısında çıxış edəcək.
Qeyd edək ki, Mustafa Yıldızdoğanın iyunun 22-də Azərbaycan Dövlət Filarmoniyasında geniş konsert proqramı ilə çıxış edəcək. Konsert Milli qəhrəman, Qarabağ müharibəsi əlilləri və onların ailələri üçün Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Gövhər qrupu tərəfindən pulsuz təşkil olunub və xeyriyyə xarakteri daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB