Opera və Balet Teatrının solisti Cahangir Qurbanov yaradıcılığında mahnı janrına da yer ayırır. SİA-nın məlumatına görə, adətən rus dillində ifa edən müğənni növbəti mahnısını ekranlaşdırıb. Klip rus dilində səslənən "Я не умею" ("Mən bacarmıram") mahnısına çəkilib. Mahnının söz və musiqisinin müəllifi Eldar Həsənovdur.
Klipin çəkilişləri Gürcüstanın Batumi şəhərində aparılıb. Ekran işinin rejissoru Nail Naiboğludur. Klipdə gürcü modeli Tsira çəkilib. Sujet xətti olmayan klipdə Cahangir Qurbanov, gürcü qızına onsuz yaşaya bilmədiyini deməyə çalışır.
Qeyd edək ki, mahnı əvvəlcə "Моя безумная любовь" (Mənim dəlisov məhəbbətim) adlanırdı. Müəllif son anda musiqi parçasının adını dəyişməyə qərar verərək onu "Я не умею" adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB