Stilisti təhqir etdilər

Bu gün gənc yazar Əhməd Şahidov stilist Samiraldonun (Samir Əliyev) həyatından bəhs edən "Samir" adlı romanının təqdimat mərasimi keçirdib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə stilist Samiraldo, gənc yazar Əhməd Şahidov, media nümayəndələri və başqaları iştirak edib.

Konfransı giriş sözü ilə açan stilist Samiraldo həyatı barədə bəhs edən kitab haqqında danışıb: "Romanın işıq üzü görməsində gənc yazar Əhməd Şahidovun böyük əməyi var. Çünki o, mənim həyatım barədə roman yazmaq istədiyini söylədikdə, ona köməklik etmədim. Amma bu romanı ortaya çıxaranda çox pis oldum. Çünki şəxsi həyatımdan bəzi məqamlar var idi ki, onları insanlar öyrənməməli idi. Nəzərinizə çatdırım ki, mənim həyatım acınaqcaqlı olub. Ana-ata kəlməsinin və varlığının nə demək olduğunu bilməmişəm. Uşaqlığım internat evində keçib. Oradan çıxıb müstəqil yaşadıqda sonra həyat məni sevsə də, insanlarda mənə qarşı ünsiyyət əks oldu. Onların bu reaksiyalarını görəndə canıma qəsd etmək belə istədim. Amma hazırda əvvəlki illərə nisbətən, insanların mənə qarşı münasibəti az da olsa yaxşı mənada dəyişilib".

Daha sonra təqdimat mərasimdə çıxış edən gənc yazar Əhməd Şahidov ərsəyə gətirdiyi "Samir" romanı haqqında məlumat verib: "Digər əsərlərimdən fərqli olaraq, bu romanı yazıb oxuculara təqdim etmək mənə çox çətinliklə başa gəlib. Çünki bu roman təkcə uydurulan hekayələrdən deyil, həm də real baş vermiş həyat səhnələrindən hazırlanıb. Onun haqqında araşdırma apararaq məlumat toplamışam. Roman iki hissədən ibarətdir. "Samir" romanı artıq satışdadır. "Samiraldo" romanı isə yaxın vaxtlarda oxucuların ixtiyarına veriləcək".

Qeyd edək ki, tədbir jurnalistlərin sualları ətrafında davam edib.

Foto müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə