“Akcent” qrupu Bakıda

Dünyanın məşhur rumin qrupu "Akcent" Bakıda solo konsert proqramıyla çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, qrupun konserti iyulun 19-da Novxanı Aqua Parkında baş tutacaq. "Akcent" qrupundun əvvəl səhnəyə azərbaycanlı sənətçi Aysel Əlizadə çıxacaq.

Nəzərinizə çatdıraq ki, konsertin təşkilatçısı "EFM production" şirkətinin rəhbəri Faiq Əlidir.

Qeyd edək ki, konsertin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə