Azərbaycanlı müğənnilər ilk dəfə düz söz dedi SORĞU

Azərbaycanlı müğənnilər ilk dəfə düz söz dedi SORĞU

Bu gün 15 iyun Milli Qurtuluş Günüdür. Bu günlə əlaqədar olaraq şou-biznes nümayəndələri arasında "15 iyun nə günüdür?" sualı altında sorğu keçirdik. Hər zamankı cavablarından fərqli olaraq, sənətçilər sualımızı düzgün cavablandırdılar. Onların sorğumuza verdikləri cavabları SİA oxucularına təqdim edirik:

Əməkdar artist Aybəniz Haşımova: "Bu gün Milli Qurtuluş Günüdür. Onu da nəzərinizə çatdırım ki, ölkəmizdə tarixi əhəmiyyət daşıyan bütün hadisələrin xronologiyasını əzbər bilirəm. Mənim fikrimcə, həmkarlarım da əlamətdar günləri bilməlidirlər. Yalnız mahnı oxuyub, pul qazanıb qarnımızı doyurmamalıyıq. Ölkədə baş verənlərdən də xəbərdar olmalıyıq".

"Qala" qrupunun solisti Ceyhun Əliyev: "Hər kəsə bəllidir ki, 15 iyun Milli Qurtuluş Günüdür".

Müğənni Cəmilə: "15 iyun Milli Qurtuluş Günüdür".

Müğənni Sevinc Ağaşirinova: "15 iyun Milli Qurtuluş Günüdür. Bu gün Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bağlıdır. Düz dedim?"

Müğənni Nazim Faytonçu: "15 iyun Milli Qurtuluş Günüdür". 1993-cü ilin bu günündə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdıb. Düz dedim? (Gülür)".

Azad və günü-gündən çiçəklənən ölkədə yaşayan bəzi şou-biznes nümayəndələrininin nəzərlərinə çatdıraq ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə edib. Lakin Ermənistanın işğalçılıq niyyəti Respublikada vəziyyəti gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev hakimiyyətə qayıdıb. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Beləliklə, 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə