Türkiyənin məhşur müğənnisi Yıldız Tilbenin aparıcılıq etdiyi "Yıldız Tilbe Show" verilişi dayandırılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi "Gezi" parkındakı hadisələrə dəstək olduğundan proqramı yarıda qoyub. Bundan qəzəblənən kanal rəhbərliyi isə ifaçını işdən azad edib. Yıldız Tilbe məyusluğunu bu şəkildə dilə gətirib: "Hər kəs öz verilişini ləğv etdiyi üçün mən də məcbur olub bu addımı atdım".
Qeyd edək ki, "Gezi" parkı ilə əlaqədar olaraq Tarkan konsertindən, Beyaz isə verilişinin aparıcılığından imtina edib.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB