Azərbaycanlı müğənni yorulub

Bir neçə ay öncə evlənən "Qala"qrupunun solisti Ceyhun Əliyev sənəti ilə bağlı işlərinə yekun vurduqdan sonra istirahət etməyi düşünür. SİA-ya açıqlama verən sənətçi bunları deyib: "Hazırda yeni mahnı üzərində çalışıram. Sözügedən mahnının adını açıqlamayacam. Çünki musiqinin adını hələ ki, seçməmişik. Həmin mahnıya klip çəkdirməyi də düşünürəm. İşlərim bitər-bitməz istirahət edəcəm. Çünki dincəlməyə ehtiyacım var.

Qeyd edək ki, Ceyhun Əliyev aprel ayının 29-da ailə həyatı qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə