"Taksi" filmindən tanıdığımız fransız aktyoru Semi Naseri dünən axşam saatlarında paytaxtımızın qonağı olub. SİA-nın verdiyi xəbərə görə, tanınmış aktyorun Azərbaycana gəlməsinə səbəb müğənni Röyanın "Günahsız günahım" klipinin təqdimat mərasimində iştirak etməkdir.
Qeyd edək ki, fransalı aktyor bu gün Röya ilə birgə ATV telekanalında yayımlanan "Gün keçir" proqramında qonaq olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB