Gənc ifaçıya at hədiyyə etdilər

23 yaşını qeyd edən gənc müğənni Aysel Əlizadəyə maraqlı hədiyyə veriblər. Sənətçiyə yaxın dostlarından biri at bağışlayıb. Müğənni bu haqda SİA-ya özü danışıb: "23 yaşımın olması münasibəti ilə dostum mənə at hədiyyə etdi. Onu da deyim ki, özüm də at ilindənəm. Atı yaxşı çapa bilməsəmdə, onunla necə rəftar etməkdə təcrübəliyəm".

Qeyd edək ki, Aysel özəl gününü yaxınları ilə birgə keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə