Aktyor şəxsi həyatı barədə şok açıqlamalar etdi

Aktyor şəxsi həyatı barədə şok açıqlamalar etdi

Türkiyənin məhşur aktyoru Burak Haqqı telekanalların birində qonaq olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor veriliş zamanı şəxsi həyatı barədə jurnalistlərin suallarını cavablandırıb. Media nümayəndəsinin ünvanladığı "Burak Hakkı necə atadır"? - sualına aktyor belə cavab verib: "Mən çox yaxşı atayam. Boş vaxtlarımı oğlum Rüzgarla keçirirəm. Ancaq bir dəfə bilmədən oğlumun komputerindən oyununu sildim. Həmin gün dünyanın ən pis atası oldum. Keçmiş həyat yoldaşımla da oğlumuza görə demək olar ki, həftədə bir dəfə görüşürük".

Qeyd edək ki, aktyor Burak Hakkı və keçmiş həyat yoldaşı aktrisa Sema Şimşek 10 yanvar 2012-ci ildə boşanıblar.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə