Yaradıcılıq işlərinin həllini türkiyəli peşəkarlara həvalə edən müğənni Rəqsanə İsmayılova onların dəstəyi ilə növbəti layihələrə hazırlaşır. Artıq albomu hazır olan sənətçi hələlik klip çəkilişini təxirə salıb. Albom həm Türkiyə telekanallarında, həm də Bakıda təqdim olunacaq. Bu haqda SİA-ya Rəqsanənin özü məlumat verib: "Hazırda yeni fotosessiyamdan ibarət rolik hazırlanır. Klip hazır olan kimi albomla birlikdə həmin rolik əsnasında ekranlara anons şəklində çıxarılacaq. Bunun ardınca Türkiyənin maqazin verilişlərində sujetlər hazırlanacaq. Həmin ərəfədə Azərbaycanda da klipin təqdimatı keçiriləcək".
Rəqsanə İsmayılovadan əldə etdiyimiz məlumata görə, Türkiyədə ərsəyə gətiriləcək verilişə aparıcılıq edəcək. İfaçı həftənin 4 günü efirdə olacaq. "Bir gün İstanbuldan" adlanan verilişdə sənətçinin qonaq siyahısını türkiyəli və bizim yerli ulduzlar təşkil edəcək. Hələlik verilişin yayımlanacağı telekanalın adı açıqlanmır. Verilişdə sənətçiləri canlı orkestr müşayiət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB