“Aşıq qərib”

İyun ayının 9-da əməkdar artist Lalə Məmmədova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxş edəcək. SİA-nın verdiyi xəbərə görə, əməkdar artist "Aşıq qərib" operasını oynayacaq. Lalə xanım sözügedən operada baş rolda Şahsənəm obrazı yaradacaq. Xanım Məmmədovanın tərəf müqavili əməkdar artist Səbuhi İbayevdir.

Qeyd edək ki, mərasim saat 19:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə