Xalq artisti Faiq Ağayev Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorunun oğlunun toyundan qovulması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. SİA-nın verdiyi xəbərə görə, müğənni bu haqda şəxsi "facebook" səhifəsində məsələyə münasibət bildirib: "Cılız, xırda, əhəmiyyətsiz bir məsələdir. Amma Bakıdakı dostlarım reaksiya verməyimi məndən təkidlə rica etdilər.
Bu axşam saytların birində "Faiq Ağayevi məmur oğlunun toyundan qovdular" başlıqlı dezinformasiya dərc edilib.
1. Mən Bakıda deyil, artıq 9 gündür ki, Rusiya Federasiyasındayam.
2. Heç bir zaman "Hummer" markalı avtomobilim olmayıb, sürdüyüm maşın - "Cadillac - Escalade"dir.
3. Bunları nəzərə alaraq, həmin o saytın yalançı "əməkdaşı" hansı "bilavasitə şahid"likdən dəm vurur?
4. 055 743 ….. nömrəsinden zəng edən şəxs həmin o "jurnalist" idi isə, dəstəyi götürməyimi gözləyərdi, "vızov" atmazdı.
Sübutsuz danışmağı sevmirəm. Əlavə etdiyim fotolardan açıq-aydın görünür ki, Bakıdan 30 may tarixində getmişəm. Hazırda Moskvadayam və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin Qonaq Evində qalıram. Moskvada 02-15 iyun tarixlərinə qeydiyyata alınmışam. Bakıya 10 iyun tarixində 853-cü reyslə yola düşəcəyəm. Sonda qayd edim ki, adını jurnalist qoymaq istəyənlər yalan danışıb, camaatı özünüzə güldürməsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB