Aydan Şener “Fəridə” obrazı üçün onu seçdi

Aydan Şener “Fəridə” obrazı üçün onu seçdi

Bir vaxtlar Türkiyədə məhşur olan "Çalıkuşu" serialı yenidən ekranlaşdırılır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, serialdakı "Fəridə" obrazı üçün 2 aktrisadan biri, Fahriye Evcen və ya Merve Boluğurun çəkiləcəyi deyilib. İki seçim arasında qalan Aydan Şener isə bu obrazı gənc aktrisa Fahriye Evcene daha çox yaraşdığını bildirib: "Tünd saç rəngi, qaş və gözü ilə Fahriye romandakı "Fəridə" obrazına daha çox yaraşır".

Qeyd edək ki, Reşat Nuri Güntekinin yazdığı "Çalıkuşu" romanı əsasında çəkilən eyni adlı serialda Fəridə rolunu 27 il bundan əvvəl Türkiyənin məhşur aktrisası Aydan Şener oynayıb.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə