İfaçı həmkarına nə hədiyyə etdi?

İfaçı həmkarına nə hədiyyə etdi?

Azərbaycanlı müğənni Emma Ələkbərzadə, həmkarı Roza Zərgərliyə hədiyyə bağışlayıb. SİA-nın verdiyi xəbərə görə, müğənni Rozaya "Leyli və Məcnun" mahnısını hədiyyə edib. Sözləri Emma Ələkbərzadəyə, musiqisi Muxtar Abseynova məxsus mahnı yaxın zamanda geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Müğənni həmçinin bu mahnıya klip çəkdirmək fikrindədir.

Qeyd edək ki, Roza Zərgərli və Emma Ələkbərzadənin bundan sonra da birgə layihələr ərsəyə gətirəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə