Qalmaqallı repçi Hüseyn Dəryanın üçüncü dəfə ailə qurmaq niyyətində olduğu haqda xəbər yayılıb. Deyilənlərə görə, Hüseyn toyunun milli adət-ənənələrə uyğun olmasını istəyir. Məsələnin doğru olmasını aydınlaşdırmaq üçün Hüseyn Dəryanın özü ilə telefon əlaqəsi yaratdıq. Reper haqqında yayılan evlilik xəbərinin doğru olduğunu təsdiqlədi. SİA-ya açıqlama verən H. Dərya şəxsi həyatı barədə bundan sonra danışmayacağını bildirdi: "Artıq şəxsi həyatım haqqında heç kimə açıqlama vermək istəmirəm. Mənim yenidən ailə qurmaq xəbərimə gəldikdə isə, məlumat doğrudur. Yaxın zamanlarda bəyəndiyim xanımla ailə həyatı quracam. Artıq valideynlərim elçi getməyə hazırlaşır. Toyumu milli adət-ənənəyə uyğun olaraq həyata keçirəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB