Bildiyiniz kimi, neçə gündür Türkiyədə davam edən "Gezi" parkındakı aksiyaya adi vətəndaşlarla yanaşı tanınmış simalar da dəstək olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, həmin aksiyaya dəstək olan sənətçilər bu gün saat 19:00-da parkda konsert proqramı ilə çıxış edəcəklər. Bu konsertin bir neçə gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, konsertdə Sezen Aksu, Mor ve Otesi, Can Bonomo, Sertap Erener, Duman və digər məşhurlar iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB