Stilist “1 güllə ilə 2 quş vuracaq”

Stilist “1 güllə ilə 2 quş vuracaq”

Azərbaycanlı stilist Samiraldodan (Samir Əliyev) xəbər var. O, hamı tərəfindən maraqla qarşılanacaq bu yeniliklə bağlı SİA-ya özü məlumat verib: "İyun ayının 17-də "Samirin romanı" adlı kitabımı sevənlərimin ixtiyarına buraxacam. Ümid edirəm ki, bu kitabı hamı bəyənəcək. Onu da xüsusi ilə qeyd edim ki, kitabımın məhz ayın 17-də işıq üzü görməsi təsadüfi hal deyil. Həmin gün mənim 37 yaşım tamam olacaq. İnşallah, doğum günümü təmtəraqla qeyd etməyi planlaşdırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə