“İmperatorun” qəbul etmədiyi qızı evlənir?

“İmperatorun” qəbul etmədiyi qızı evlənir?

Türk musiqisinin "İmperator"u İbrahim Tatlısesin qızı gənc ifaçı Dilan Çıtak sevgilisi Aydınla birlikdə restoranların birində söhbət edərkən kameralara tuş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sevgilisi ilə birgə çox mehriban görünən ifaçı, hətta başını sevgilisinin çiyninə qoyub. Dilan kənardan jurnalistlərin onları çəkdiklərini görüncə, məkanı tərk edib. Restorandan çıxan zaman media nümayəndələrin Dilana atası İbrahim bəy haqqında verdikləri suallar cavabsız qalıb. O, bu haqda danışmaq istəmədiyini dilə gətirib. Gənc ifaçının cavabından bəlli olur ki, ata-bala arasında soyuq münasibət hələ də davam edir.

Qeyd edək ki, Dilan Çıtakın dostu Dilanla Aydının evlənəcəyi ilə bağlı mətbuata məlumat verib.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə