"SOY production"un vitse-prezidenti Oqtay Əliyev yay istirahətindən söz açıb. O, yaxın vaxtlarda tətilə çıxmağı planlaşdırdığını söyləyib. SİA-ya açıqlama verən Oqtay bəy, sentyabr ayında tamaşaçılara yeni layihələr təqdim edəcəyinə söz verib: "Mən də hər kəs kimi yay mövsümündə istirahət edəcəm, artıq yorulmuşam. İstirahətə ehtiyacım var. Tətil etmədən çalışmaq çox çətindir. Odur ki, yay aylarında yaxşıca dincəldikdən sonra yenidən işlərimin başına qayıdacam. Sentyabr ayında isə yeni layihələrlə tamaşaçıların qarşısına çıxacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB