Hadisə Azərbaycana gəlir

Türkiyənin növbəti müğənnisi Hadisə Azərbaycana gəlir. SİA-nın verdiyi xəbərə görə, müğənni iyun ayının 23-də konsert proqramı ilə çıxış edəcək. Qardaş ölkənin sənətçisi paytaxtımıza böyük musiqi heyəti ilə təşrif buyuracaq.

Qeyd edək ki, Hadisə bəstəkar Gövhər Həsənzadənin rəhbərlik etdiyi "Gövhər group"un dəvəti ilə Bakıya gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə