"Beni durdursanmı" adlı sonuncu albomu ilə hazırda Türkiyədə ən çox dinləninən müğənni Gülşən iyunun 30-da Azərbaycana gələcək. Bu barədə SİA-ya konsertin təşkilatçıları teleaparıcı İlhan Özbay və Əli Hüseynov məlumat veriblər: "Gülşən paytaxtımıza təşrif buyuran gün Bakıda sevənlərinin qarşısında çıxış edəcək. Konsert Hotel Jumeirah Bilgahda gerçəkləşəcək. Sənətçi yeni albomunda olan hitlərlə yanaşı, digər mahnılarını da sevənləri üçün oxuyacaq. Müğənnini konsert boyunca Türkiyədən xüsusi dəvət edilmiş rəqqaslar müşayiət edəcəklər. Konsert saat 18.00-da başlayacaq. Biletlərin qiyməti yerlərə görə 50, 150 və 250 AZN dəyərindədir".
Qeyd edək ki, VİP yerlərə aid biletlərin məbləğinə içkilər, meyvə və çərəz daxildir.
Əlaqə nömrələri (055) 518 10 71və (055) 221 08 00
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB