İfaçı konsert verəcək

İyun ayının 9-da "Jazz Center"də ifaçı Orxan Zeynallının konserti baş tutacaq. SİA-nın verdiyi xəbərə görə, konsertdə klassik, bass gitara, royal, zərb alətləri və saksafon kimi alətlərdə ifalar olacaq. Artıq 3 aydır hazırlıqları gedən bu konsertin dinləyicilər üçün uzun müddət yaddaqalan olacağı gözlənilir.

Qeyd edək ki, Orxan Zeynallının konsertinə təşrif buyurub gəlmək istəyənlər biletləri "Jazz Center"in kassalarından əldə edə bilərlər. Sözügedən konsert proqramı saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə