Tanınmışlar bir arada olacaq

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva iyun ayında Bakıya gələcək. SİA-nın verdiyi xəbərə görə, xanım Musayeva "V&V company" tərəfindən keçiriləcək mükafatlandırma mərasiminə dəvət olunub. Model Günay Musayeva ilə tədbirdə tanınmış simalardan Ebru Şallı, Sinan Akçıl, Qurbey İrəli, Ayça Bingöl fəxri qonaq qismində iştirak edəcəklər.

Qeyd edək ki, gecənin aparıcıları şoumen Murad Dadaşov, Nərgiz Cəlilova, Afaq Gəncəli və müğənni Eldar Qasımov olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə