Türkiyəli məhşur müğənni Tarkan iyun ayının 5-də "Təbiət sənsən" adlı konsertini təxirə salıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "meqastar"ın konsertinin təxirə düşməyinə səbəb "Gezi" parkındakı ağacların məhv olmasıdır.
Müğənni konsertini keçirtməməsinin səbəbini jurnalistlərə belə açıqlayıb: "Bildiyiniz kimi 7 ildir ki, "Təbiət sənsən" adı altında konsert proqramı ilə Anadolunun hər yerində çıxış edirəm və oradan əldə olunan gəlirləri təbiətin müdafiəsinə xərcləyirəm. Hazırda isə təbiətin və insan haqlarının pozulduğu qeyri-adi vəziyyətdəyik. Odur ki, "Gezi" parkındakı yaşıllıq bərpa olunduqdan sonra konsertimi həyata keçirdəcəm".
Qeyd edək ki, "Gezi" parkındakı aksiyalara Türkiyənin bir çox tanınmış nümayəndələri də qatılıblar. Onlar arasında aktyorlardan Şahan Gökbakar, Rıza Kocaoğlu, Sarp Akkaya, Kıvanç Tatlıtuğ, Halit Ergenç, aktrisalardan Bergüzar Korel, Hazal Kaya, Özgü Namal, Azra Akın, Məryəm Uzerli, aparıcı Burcu Esmersoy, rejissor Zeki Demirkubuz, müğənnilərdən Hande Yener, Can Bonomo, "Çocuklar Duymasın", "Leyla ile Məcnun" seriallarının bütün kollektivi, hətta dünyaca məhşur müğənni Madonna da bu hadisəyə biganə qalmayaraq öz etirazını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB