6 ildən sonra sevgilisi ilə barışdı

6 ildən sonra sevgilisi ilə barışdı

Türkyəli məhşur aktyor Arda Kural yenidən keçmiş sevgilisi ilə görüşür. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 2007-ci ildə ayrılan cütlük yenidən barışıblar. Onların bir müddət ayrı qalmaqlarına səbəb aktyorun psixoloji xəstəlikdən əziyyət çəkməsi olub.

Nəzərinizə çatdıraq ki, hazırda Eda keçmiş sevgilisi Ardanın yanındadır və barışmaq üçün əlindən gələni edir.

Qeyd edək ki, aktyor Arda Kuralın səhhətində problemlər yaşamasına səbəb oynadığı serialların birindən söz verilən pulun az miqdarda ödənilməsi olub.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə