Azərbaycanın xalq artisti Arif Quliyev səhhəti barədə danışıb. O, hazırda özünü yaxşı hiss etdiyini dilə gətirib. SİA-ya açıqlama verən xalq artisti hər halında Allahdan razı olduğunu vurğulayıb: "Səhhətimin yaxşı və ya pis olmasına baxmayaraq Allahımdan razıyam. İnsanın xəstə və sağlam günü də olmalıdır. Hər şey insan üçündür. Tanrı insanları hər an sınayır. Əsas odur ki, sınaqlardan üzü ağ çıxaq".
Qeyd edək ki, xalq artisti Arif Quliyev fevral ayının 5-də canlı yayımda səhhəti kəskin pisləşərək xəstəxanaya yerləşdirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB