Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün türkiyəli sənətçi Oya Ergünün konsertini keçirdib. SİA-nın verdiyi xəbərə görə, Heydər Əliyevin 90 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik, habelə Azərbaycan Xalq Cümhuriyyəti ilə Türkiyə Cümhuriyyəti arasında imzalanmış və Xalq Cümhuriyyətinin ilk xarici müqaviləsi olaraq tarixə keçmiş "Tarixi anlaşma"nın imzalanmasının 95 illik əlamətdar yubileyi münasibəti ilə "Qarabağdan Anadoluya könül körpüsü" adlı möhtəşəm konsert proqramı keçirilib.
Konsertdən öncə, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Ahmet Arslan çıxışında bu tarixi hadisələrin önəmindən geniş danışıb və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətinə toxunub. O, bildirib ki, bu tədbirin məhz şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün təşkil olunmasına görə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nə bir daha təşəkkür edərək Qarabağ probleminin həllində də hər zaman Türkiyənin Azərbaycanın yanında olduğunu deyib.
Daha sonra müğənni Oya Ergün möhtəşəm ifası ilə hər kəsi valeh edib. İfaçı türk mahnıları ilə yanaşı Azərbaycan musiqlərinə də müraciət edib. Oya xanımı fortopiyanoda bəstəkar Sevinc Tofiqızı müşaiyət edib. Sevinc xanım konsert çərçivəsində Atatürkün xatirəsinə bəstələdiyi "Mənim Atatürküm" kompazisiyasınıda səsləndirib.
Qeyd edək ki, konsertdə millət vəkili Qənirə Paşayeva, əməkdar artist Hüsniyyə Mürvətova, ifaçılardan Mila, Ceyhun Zeynalov (Cin) və başqaları qonaq qismində iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB