Bu aktyor da evlənir

Hər zaman insanların üzündə gülüş yaratmağı bacaran "Bozbash pictures" və "Bacanaqlar" yumoristik seriallarında rol alan Nicat Rəhimov şəxsi həyatı barədə danışıb. Nicat, yaxın zamanlarda ailə həyatı quracağını dilə gətirib. SİA-ya açıqlama verən aktyor evlənəcəyi xanımın sənət yoldaşı olduğunu etiraf edib: "Yaxın vaxtlarda ailə həyatı qurmağa hazırlaşıram. Evlənəcəyim xanım sənət yoldaşımdır. Hələ ki, adını açıqlamayacam. Toyumu sentyabr ayına planlaşdırıram. Onu da nəzərinizə çatdırım ki, heç birimizin barmağında nişan üzüyü yoxdur. Hələ ki, gizli saxlayırıq. Sirr saxlamağımıza səbəb isə, bizi sevənlərə surpriz edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə