“Qismət” qrupundan üç yenilik

Xalq artisti Səməd Səmədov dayanmadan yaradıcılığı üzərində çalışır. SİA-nın verdiyi xəbərə görə, Səməd bəy, "Bəzənin qızlar" klipindən sonra üç gəncdən ibarət yaratdığı "Qismət" vokal qrupu ilə bərabər yeni fotosessiya çəkdirib. Qrup üzvləri "Ay gözəl" mahnısını da ekranlaşdırmaq fikrindədirlər. "Qismət" qrupu eyni zamanda da xalq və bəstəkar mahnılarından ibarət disk üzərində çalışır. Hələlik, mahnılar lentə yazılır.

Qeyd edək ki, Ramazan ayında yeni diskin və klipin möhtəşəm təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə