“Toppuş bacı”nın “röyası” Röyal oldu

“Toppuş bacı”nın “röyası” Röyal oldu

Dünən azərbaycanlı aktrisa, əməkdar artist Tünzalə Əliyevanın toyu olub. Aktrisa Röyal adlı bəylə ailə həyatı qurub. SİA-nın verdiyi xəbərə görə, onları təbrik etmək üçün şou-biznes nümayəndələri də təşrif buyurub.

Gecədə maraqlı anlar yaşanıb. Media nümayəndələrinin içəri daxil olmasına qadağa qoyanlar daha sonra jurnalistlərə qapıları açıblar.

Mavi rəngli libas geyinən "Toppuş bacı"nın 26 yaşlı yarını çox sevdiyi diqqətdən yayınmayıb.

Toy fərqli sənətçilərin maraqlı ifaları ilə davam edib. Tünzalə və Röyalı təbrik edən şou-biznes nümayəndələri bu xoş günü uzun zamandan bəri gözlədiklərini dilə gətiriblər.

Şad günləri haqqında danışan bəylə gəlin həyəcanlı olduqlarını etiraf edib, daha sonra toy şənliyi qonaqların rəqsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə