Hər kəsin "Toppuş bacı" kimi tanıdığı Tünzalə Əliyeva bu gün gəlin köçəcək. Bu barədə SİA-ya açıqlama verən aktrisa şad günündən danışaraq sadə toy mərasiminin keçəcəyini dilə gətirib: "Biz evdən qara zurnanın müşayiəti ilə çıxacağıq. Şadlıq evinə isə dini qrupun ifası ilə daxil olacıyıq. Qeyri-adi toy planlaşdırmamışıq. El şənliyini şadlıq evinin öz ansamblı müşayiət edəcək. Şou-biznes nümayəndələri də çoxluq təşkil edəcək. Hərəsi öz mahnı tövhəsini hədiyyə edəcək".
Qeyd edək ki, aktrisa Tünzalə Əliyevanın toyu "Gilavar" restoranında baş tutacaq.
Biz də SİA kollektivi adından Tünzalə Əliyevanı təbrik edirik. Allah xoşbəxt eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB