Azərbaycanın tanınmış aktrisası, xalq artisti Afaq Bəşirqızı Azərinin təqdimatında "Azərinlə bir Avaz" proqramında ilk dəfə müəllifi olduğu mahnısından söz açıb. Xalq artisti Azərinin qonağı olarkən ilk dəfə musiqisi Aygün Səmədzadəyə məxsus olan mahnı oxuyub. Aktrisanın ifasında səslənən mahnı alqışlarla qarşılanıb. Azərin bu barədə SİA-ya açıqlama verərək öz fikirlərini dilə gətirib: "Afaq xanımın məhz mənim verilişimdə belə bir ilkə imza atması təbii ki, qürurvericidir. Xalq artistimizin Azərbaycan mədəniyyətində, teatrında əməyi danılmazdır. O, hər zaman sənəti, insaniyyəti ilə özünə hörmət etməyi bacaran sənətkar olub. Afaq Bəşirqızı kimi sənətkarın dəvətimi qəbul edərək Türkiyəyə gəlməsi, mənim üçün böyük fəxrdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB