Müğənni: “Özümü pula satmıram”

Müğənni: “Özümü pula satmıram”

Azərbaycanlı sənətçi Bəsti Bəkirova televiziya məkanlarından kənar düşməyinin səbəblərindən danışıb. O, bir çox verilişləri bəyənmədiyini dilə gətirib. Bəsti xanım SİA-ya bu haqda açıqlama verən zaman da əsəblərini cilovlaya bilməyib: "Əksər verilişlər bir-birinə bənzəyir. Bir çox televiziya kanalları efirə çıxmağım üçün məndən pul istəyirlər. Əgər mənim səsim varsa, nəyə görə qızıldan dəyərli vaxtımı verlişlərə pul ödəməklə keçirməliyəm? Onu da söyləyim ki, bəzi kanallarımız çöldən keçənləri də pul alıb öz verilişlərinə buraxırlar. Nəzərinizə çatdırım ki, dəvət olunduğum layihələrdə iştirak edirəm. Pulnan olan layihələrə isə qatılmıram. Bir sözlə, özümü pula satmıram".

Bütün xəbərlər Facebook səhifəmizdə