Türkiyə və Azərbaycanın birgə layihəsi olan "Acıtan yürek" bədii filminin çəkilişləriylə bağlı seçim turuna münsif kimi qatılacaq. Türkiyənin məhşur aparıcısı və prodüsseri Acun Ilıcalı yaxın günlərdə Bakıya gələcək. Bu barədə layihənin təşkilatçısı Günel Abdullayeva SİA-ya məlumat verib: "Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmakın ekranlaşdıracağı "Acıtan yürek" filminin final seçim turlarında Türkiyənin məşhur aktyoru Saruhan Hünəl, "Muhteşem yüzyıl" serialında Hürrəm Sultanı canlandıran aktrisa Məryəm Üzerli və məhşur aparıcısı və prodüsseri Acun Ilıcalı Azərbaycana təşrif buyuracaq. Adıçəkilən sənətçilərin Bakıya nə vaxt gələcəyi yaxın vaxtlarda bəlli olacaq".
Nəzərinizə çatdıraq ki, "Acıtan yürek" filmin çəkilişlərini Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdirəcək. Filmdə çəkilmək üçün seçim turları davam edir. Seçim turlarına 18-30 yaş arası gənclərlə (qeydiyyatın qiyməti 4 AZN dəyərindədir) yanaşı, 3-14 yaş arası uşaqlar da (qeydiyyatın qiyməti 2 AZN dəyərindədir) qatıla bilərlər. Bunun üçün qeyd olunan yaş həddinə uyğun şəxslər (qadın və kişi) şəxsiyyət vəsiqəsinin surətiylə və 2 ədəd 3x4 ölçülü şəkillə müraciət etsinlər.
Qeyd edək ki, bu gündən etibarən "Facebook" sosial şəbəkəsində "Acıtan yürek" bədii filminin rəsmi qrupu fəaliyyətə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB