Tanınmış simalar etiraza qoşuldu

Türkiyənin məhşur müğənnisi Tarkan "Gezi" parkındakı aksiyaya dəstək olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 4 gündür, davam edən Taksimin "Gezi" parkında icazəsiz ağacların kəsilməsinə Tarkan da öz etirazını bildirib: "Biz təbiəti qorumalıyıq. "Gezi" parkındakı ağacları kəsilməyi təbiətlə birlikdə insanlara da böyük zərər verir. Layihəni həyata keçirməmişdən öncə burada yaşayan insanların icazəsi alınmalı idi. Belə özbaşınalıq yolverilməzdir".

Nəzərinizə çatdıraq ki, həmin aksiyada kifayət qədər adi vətəndaşlar yaralanıb və onlar arasında tanınmış simaların yaxınları da olub.

Qeyd edək ki, "Gezi" parkında ağacların kəsilməsinə qarşı aktyor Halit Ergenç və həyat yoldaşı Bergüzar Korel də aksiyaya qoşulub .

Bütün xəbərlər Facebook səhifəmizdə