Bu gün gənc müğənni Elgün Hüseynov yeni klipini ictimaiyyət nümayəndələrinə təqdim edib. SİA-nın məlumatına görə, "Pardon" adlanan mahnıya çəkilən klip müğənninin sayca ikinci ekran işidir. Təqdimat mərasimində müğənninin həmkarları Rəşad İlyasov və Emil Bədəlov, həmçinin media nümayəndələri iştirak ediblər.
Elnur Hüseynov bildirib ki, klip müəyyən müddət geciksə də o, sonda istədiyinə nail olub: "Baxmayaraq ki bu klip mənim ikinci işimdir, lakin ilk dəfədir belə təntənəli təqdimat keçirirəm. Klipin çəkilişində əziyyəti olan hər kəsə təşəkkür edirəm".
Tədbirdə iştirak edən müğənninin həmkarları da klipi bəyəndiklərini deyiblər.
Məlumat üçün bildirək ki, klipin rejissoru Elnur Salayevdir.
Qeyd edək ki, Elnur Hüseynovun bu günə qədər radioda ən çox dinlənilən və gənclər arasında sevilən "Nəfəsim", "Susma", "Pardon" və "Qaçhaqaç" adlı mahnıları işıq üzü görüb. Gənc müğənni həmçinin 2012-ci ildən ARAZ 103.3 FM-də "Üçü birində" səhər şousunun aparıcısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB