Kərim Abbasov hönkürüb ağlamaq istəyir...

Kərim Abbasov hönkürüb ağlamaq istəyir...

Azərbaycanlı müğənni Kərim Abbasov depresiyaya düşüb. O, çətin anlar yaşayır. Kərim bu haqda şəxsi facebook səhifəsində yazaraq dostları ilə paylaşıb: "Hamı mənə gülməyin çox yaraşdığını deyir. Hətta çoxları məni xoşbəxt insan kimi qələmə verir. Gülməyin mənə çox yaraşdığını deyən insanlarla razıyam, amma xoşbəxt biri deyiləm. İçim qan ağlayır, sözümü deməyə, ürəyimi boşaltmağa sirdaş tapa bilmirəm. Bəlkə də ürəyimi açıb kiməsə danışsam, bir günə saçları ağarar. Çox vaxt gülürəm ki, məndən inciməsinlər. Ağlamaq istəyirəm. Amma deyirlər ki, kişilər ağlamaz. Axı insan kövrələndə qadın və ya kişi olmasından asılı olmayaraq, hönkür-hönkür ağlayıb ürəyini boşaltmaq istəyir!"

Bütün xəbərlər Facebook səhifəmizdə