Türkiyənin tanınmış müğənnisi Kənan Doğulu sevgilisi aktrisa Beren Saat üçün 7 milyon dollarlıq ev alıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük yaxın vaxtlarda evlənməyi düşünür. Buna görə də Kənan Doğulu Beren Saata bu evi toy hədiyyəsi olaraq alıb.
Qeyd edək ki, sənətçinin sevgilisi üçün aldığı ev İstanbul şəhərində yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB